Ayı bağçaya girib qadına hücum ETDİ
Hindistanda ayı bağçaya girərək orada işləyən qadına hücum edib.
Redaktor.az Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Tarigam kəndində baş verib. 45 yaşlı Lətifə Banu bağçada işləyərkən ayının hücumuna məruz qalıb.
Qadın ağır xəsarətlər alıb. Hadisə yerinə gələn təcili yardım əməkdaşları onun həyatını xilas edə bilməyiblər.
Hücum edən ayı isə hələ də tutulmayıb. Hadisə bölgədə yaşayan fermerlər arasında narahatlıq yaradıb. Sakinlər meşəlik ərazilərin yaxınlığındakı bağlarda meyvə və tərəvəz yetişdirirlər.
Aytəkin TOFİQQIZI













