Nəhəng balıq 5 saat yarım sonra tilova düşdü - FOTO

 09:09 03.09.2026     203

Braziliyada 50 yaşlı iş adamı Takuari çayında 80 kiloqram ağırlığında və 1,74 metr uzunluğunda nəhəng naqqa balığı tutub.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.

Eliseu Taroko dostları ilə balıq ovuna çıxıb və səhər saatlarında tilovunu suya atıb.

Təxminən 5 saat yarımdan sonra nəhəng balıq tilova düşüb. Balıqçı 30 illik balıqçılıq fəaliyyəti ərzində ilk dəfə bu qədər böyük balıq tutduğunu bildirib.

Dostları balığın foto və videosunu çəkdikdən sonra onu yenidən çaya buraxıblar.

Aytəkin TOFİQQIZI

2
Vumart və Güvən reklamı Vumart Güvən