Lavrov fon der Lyayeni “fürer” ADLANDIRDI
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni Avropa İttifaqında səlahiyyətləri Brüsseldə cəmləşdirməyə çalışmaqda ittiham edərək “fürer” adlandırıb.
Redaktor.az xəbər verir ki, Lavrov bu barədə Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində “Znanie” cəmiyyətinin mühazirəsində danışıb.
“Ursula fon der Lyayen, biz onu ‘fürer Ursula’ adlandırırıq, bütün Avropa İttifaqının qərarlarına əsasən Brüsselə verilməyən, milli hökumətlərin səlahiyyətində qalan hüquq və səlahiyyətləri Avropa Komissiyasında cəmləşdirməyə çalışır”, - Lavrov deyib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, fon der Lyayenin bu istiqamətdəki meyli son dövrlərdə xüsusilə güclənib.
Lavrov, həmçinin Avropada enerji qiymətlərinin artması və Ukrayna ilə bağlı siyasət barədə fon der Lyayenin əvvəlki açıqlamalarını xatırladıb. O, Avropadakı bəzi siyasətlərin “nasizmin dirçəlişinə” səbəb ola biləcəyini iddia edib.
NURİYYƏ













