Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələdilər

 14:44 03.09.2026     199

Engels şəhərində Rusiya Aerokosmik Qüvvələrinin zabiti Nikolay Varpaxoviç və onun sürücüsünə sui-qəsd cəhdi olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxs motosikletlə hərbçinin olduğu evə yaxınlaşıb.

Hücumu törətməkdə şübhəli bilinən şəxsin üzünün dəbilqə ilə gizlədildiyi qeyd olunur.

Bildirilib ki, hücum nəticəsində hərbçi xəsarət alıb, onun sürücüsü də güllə yarası alıb.

“Shot” Telegram kanalının məlumatına görə, zabit ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir güllə onun üzünə, ikincisi isə bədəninə dəyib. Məlumatda bildirilir ki, hərbçi Saratova aparılıb.

Vumart və Güvən reklamı Vumart Güvən