Paşinyan Fransa səfiri ilə vida görüşü keçirdi

 18:27 03.09.2026     214

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvandakı diplomatik missiyasını başa vuran Fransa səfiri Olivye Dekotinini qəbul edib.

Redaktor.az xəbər verir ki, görüşdə Ermənistan-Fransa əməkdaşlığının gündəliyindəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş nazir iki ölkə arasında strateji tərəfdaşlığın qurulduğunu, iqtisadiyyat, infrastruktur, mədəniyyət və digər sahələrdə əlaqələrin dərinləşdiyini vurğulayıb.

Səfir iki ölkə arasında əməkdaşlığın və yeni birgə proqramların həyata keçirilməsi nəticəsində genişlənəcəyinə əminliyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən