Trampın oğlu yeni pasportunu göstərdi

 20:31 03.09.2026     232

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp atasının təsviri əks olunmuş yeni Amerika pasportunu nümayiş etdirib.

Redaktor.az xəbər verir ki, o bu barədə təəssüratlarını “X” sosial şəbəkəsində paylaşdığı videoda bölüşüb.

“Baxın, poçtla nə gəldi. Yeni pasport! Çox həyəcanlıyam!” – deyə Erik Tramp bildirib.

Videoda o, pasportun daxili üz qabığını göstərib, burada ABŞ-nin İstiqlaliyyət Bəyannaməsinin mətni ilə əhatələnmiş Trampın təsviri yer alıb.

Vumart və Güvən reklamı Vumart Güvən