Kanadalı siyasətçilərə məni “düşmən” kimi göstərmək sərf edir - Tramp

 20:46 03.09.2026     317

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni də daxil olmaqla kanadalı siyasətçilərin onu “düşmən” kimi təqdim etməsinin özləri üçün sərfəli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Baş nazir Karni kimi kanadalı siyasətçilər üçün Kanada iqtisadiyyatı çökənə qədər Prezident Donald C. Trampı “düşmən” kimi göstərmək çox əlverişlidir”, - deyə ABŞ lideri yazıb.

Trampın fikrincə, Kanada iqtisadiyyatının çökməsindən sonra bu siyasət kanadalı siyasətçilər üçün ciddi nəticələrə səbəb olacaq.

Qeyd edək ki, avqustun 22-də ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir Kanada tərəfinin ticarət sazişi üzrə razılaşmanın tamamlanmasından imtina etdiyini bildirib.

Tramp cari ilin əvvəlində bir neçə dəfə Kanadanın ABŞ-a 51-ci ştat kimi qoşulmasını təklif edib. Lakin aprel ayında ABŞ Prezidenti bu ideyadan imtina etdiyini açıqlayıb. Onun sözlərinə görə, Kanada formal olaraq Böyük Britaniya Kralı III Çarlzın hakimiyyəti altında olduğu müddətdə Vaşinqton bu ölkədə monarxın hakimiyyətinə müdaxilə etmək niyyətində deyil.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən