Almaniya Ukrayna üçün uzaqmənzilli döyüş dronu istehsalına BAŞLADI

 21:50 03.09.2026     364

Almaniyada Ukrayna üçün 5 mindən çox uzaqmənzilli döyüş pilotsuz uçuş aparatının (PUA) seriya istehsalına başlanılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Bildirilib ki, dronların istehsalı Münhen şəhəri yaxınlığında həyata keçirilir. Bundan əlavə, Almaniyanın şərq hissəsində daha bir istehsal müəssisəsinin yaradılması planlaşdırılır.

Məlumata görə, Almaniya-ABŞ müdafiə şirkəti Auterion və Ukraynanın Airlogix şirkətinin məlumatına əsasən, sifariş çərçivəsində ilk PUA-lar artıq istehsal olunub. 

Qeyd olunub ki, dronların istehsalı üzrə müqavilənin 2027-ci ilin ortalarına qədər yerinə yetirilməsi nəzərdə tutulur. Sifarişin ümumi dəyərinin təxminən 300 milyon avro olduğu bildirilir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən