Aİ Rusiya vətəndaşları üçün hədəfli viza məhdudiyyətləri hazırlayır

 23:01 03.09.2026     319

Avropa İttifaqı “düşmənçilik xarakterli fəaliyyətlər” səbəbilə Rusiya vətəndaşlarına qarşı hədəfli viza məhdudiyyətləri tətbiq etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Markus Lammert “The Guardian”a açıqlamasında bildirib.

“Biz üçüncü ölkələrin düşmənçilik xarakterli fəaliyyətləri ilə bağlı təhlükəsizlik risklərinin aradan qaldırılmasına yönəlmiş, xüsusilə hədəfli viza məhdudiyyətləri barədə təklif hazırlayırıq”, - deyə o bildirib.

Lammert qeyd edib ki, Aİ artıq bu cür məhdudiyyətlər tətbiq edib və hazırda onların icrasına nəzarət edir. Onun sözlərinə görə, statistika bu tədbirlərin effektivliyini göstərir.

Belə ki, Ukraynada münaqişə başlamazdan əvvəlki dövrlə müqayisədə Rusiya vətəndaşlarına verilən vizaların sayı 4 milyondan 2025-ci ildə 618 minə qədər azalıb.

Qeyd edək ki, bundan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin davam etdirilməsinin Avropanın təhlükəsizliyi üçün təhdid yaratdığını bildirib. O, bu praktikanın dayandırılmalı olduğunu vurğulayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən