Makron Britaniya səfərində protokol qaydalarını növbəti dəfə POZDU
Fransa Prezidenti Emmanuel Makron Britaniya səfərində protokol qaydalarını növbəti dəfə pozub.
Redaktor.az xəbər verir ki, Britaniya Muzeyinə baş çəkdikdən sonra Emmanuel Makron və III Çarlz xüsusilə səmimi bir şəkildə vidalaşdılar. Maşınlarına qayıdarkən Fransa Prezidenti Britaniya monarxının əlindən kortəbii bir jestlə tutmağa çalışıb.
Kral isə çox keçmədən Makronun əlini itələyib.
Bu, Emmanuel Makronun III Çarlza ilk toxunuşu deyil. Onun monarxın 2023-cü ildə Fransaya səfəri zamanı əlini III Çarlzın kürəyinə dəfələrlə qoyması artıq ajiotaj yaratmışdı.













