Tramp xüsusi nümayəndəsinin Azərbaycanla bağlı məqaləsini PAYLAŞDI

 11:34 04.09.2026     212

ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə həsr olunmuş məqaləsini paylaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" səhifəsində paylaşım edib. 

“Washington Examiner”də dərc olunmuş məqalədə Uitkoff qeyd edib ki, iki ölkə arasında razılaşma 35 ildən çox davam edən münaqişəyə son qoyub.

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən rabitənin təmin edilməsi məsələsinə toxunulub və bu çərçivədə TRIPP marşrutu ideyası formalaşdırılıb. Bu yol ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmaqla, Ermənistan ərazisindən keçir.

O, yazıb: "Cənubi Qafqaz bu gün daha təhlükəsiz və daha sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticəni seçiblər".

Vumart və Güvən reklamı Vumart Güvən