Ukrayna Uitkoff və Kuşnerin Moskva və Kiyevə səfərlərinin tarixlərini AÇIQLADI

 13:00 04.09.2026     195

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin sentyabrın 5 və 6-da Moskva və Kiyevə səfərləri planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko teleqram kanalında məlumat yayıb.

Məlumata görə, Uitkoff və Kuşnerin şənbə günü Moskvaya səfər etdikdən sonra bazar günü Kiyevə uçması planlaşdırılıb.

Qonçarenkonun sözlərinə görə, ABŞ nümayəndələrinin Kiyevə təyyarə ilə getməsi nəzərdə tutulub və bu məsələ hələ də müzakirə olunurdu. Lakin Julyanı hava limanına hücum səbəbindən Uitkoff və Kuşnerin Ukraynaya quru yolu ilə gələcəyi bildirilir.

Moskva amerikalı nümayəndələrin sentyabrın 5-də mümkün səfərini hələlik təsdiqləməyib.

Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl Trampın vasitəçilərinin münaqişənin həlli məqsədilə yaxın günlərdə Moskva və Kiyevdə yeni görüşlər keçirəcəyini açıqlamışdı.

Zelenski tərəflərin Rusiya və Ukrayna paytaxtlarına səfərlər üçün ilkin tarixləri artıq razılaşdırdığını qeyd etmişdi. Moskva da bu məlumatı təsdiqləyib, lakin konkret tarixlər açıqlanmayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən