Sərnişin təyyarəsi enişdən sonra dirəyə ÇIRPILDI

 13:04 04.09.2026     199

Hindistanda sərnişin təyyarəsi eniş etdikdən sonra hava limanında dayanacaq dirəyinə çırpılıb.

Redaktor.az xəbər verir ki, “Times of India”nın məlumatına görə, hadisə Srinagar Beynəlxalq Hava Limanında baş verib.

Bildirilib ki, “IndiGo” aviaşirkətinə məxsus təyyarə Navi-Mumbaydan Srinagara həyata keçirdiyi reysdən sonra eniş edib. Təyyarə yerə endikdən qısa müddət sonra dayanacaq dirəyi ilə toqquşub.

Hadisə nəticəsində sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Hazırda insidentlə bağlı araşdırma aparılır. Təyyarə zəruri texniki baxış və təmir işlərinin görülməsi üçün uçuşlardan kənarlaşdırılıb. Aviaşirkətin məlumatına görə, təyyarə yalnız müvafiq icazələr alındıqdan sonra uçuşları bərpa edəcək.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən