Tramp Vensə zarafatla xəbərdarlıq etdi: "Çox yaxşı çıxış etsən, səni mətbuat katibi təyin edə bilərəm"

 14:40 04.09.2026     210

ABŞ Prezidenti Donald Tramp Vitse-prezident C.D. Vensə zarafatla xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə Vensin özü bildirib. Paylaşım Trampın müşaviri Marqo Martinin “X” sosial media hesabında dərc edilib.

Məlumata görə, Vens Trampın Oval Ofisdə onunla söhbəti zamanı dediyi sözləri bölüşüb.

"Gülməlidir, amma buraya gəlməzdən əvvəl Oval Ofisdə prezidentlə danışdım və o dedi ki, "ehtiyatlı ol. Sənin yaxşı işləməyini istəyirəm, amma əgər çox yaxşı işləsən, səni mətbuat katibi təyin edə bilərəm"", - deyə Vens Trampın sözlərini çatdırıb.

Vitse-prezidentin sözlərinə görə, bundan sonra çıxışı zamanı jurnalistlərdə həddindən artıq yaxşı təəssürat yaratmamaq üçün bir qədər "səhv etmək" qərarına gəlib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən