Uitkoff və Kuşnerin Kiyevə səfəri baş tutmaya BİLƏR
ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin sentyabrın 5-6-da Moskva və Kiyevə səfər etməsi planlaşdırılsa da, onların Ukraynanın paytaxtına səfərinin baş tutmaya biləcəyi bildirilir.
Redaktor.az xəbər verir ki, “Kyiv Independent” nəşri bu barədə vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Uitkoff və Kuşner Kiyevə təyyarə ilə getməyi planlaşdırıblar. Lakin logistika ilə bağlı çətinliklər səfərin vaxtına və ümumiyyətlə baş tutmasına təsir göstərə bilər.
Nəşr qeyd edir ki, Uitskoff Kiyevə qatarla getməkdən narahatdır. Buna səbəb Ukrayna paytaxtının hava məkanının bağlı qalmasıdır.
Səfərlə bağlı qeyri-müəyyənlik sentyabrın 4-də Kiyevdə, Julyanı hava limanı yaxınlığında baş verən partlayışdan sonra daha da artıb. Kiyev meri Vitali Kliçko partlayış səsinin Solomenski rayonunda eşidildiyini bildirib. Daha sonra Ali Radanın deputatı Aleksey Qonçarenko partlayışın birbaşa hava limanının ərazisində baş verdiyini açıqlayıb.
İlkin məlumatlara görə, zərbələrin hədəfi An-26 təyyarəsi olub. Sözügedən təyyarədən, o cümlədən hərbi-nəqliyyat məqsədləri üçün istifadə edilir və onun vasitəsilə texnika, yük və hərbçilər daşınır.
NURİYYƏ













