İran ordusu ABŞ və İsrailə qarşı müharibədə 370 təyyarə və dronunun vurulduğunu bildirir

 18:10 04.09.2026     269

İran Hava Hücumundan Müdafiə Qüvvələri ABŞ və İsrailə qarşı müharibədə 370 təyyarə və dronun məhv edildiyini açıqlayıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə İran Hava Hücumundan Müdafiə Qüvvələrinin koordinator müavini briqada generalı Məhəmməd Sadiqiyan bildirib.

Onun sözlərinə görə, bu, qarşı tərəf üçün gözlənilməz olub, çünki onlar genişmiqyaslı hücum nəticəsində müharibənin ilk günündə İranın bütün Hava Hücumundan Müdafiə radarlarını məhv etdiklərini düşünürdülər.

Sadiqiyan əlavə edib ki, iki gün ərzində Fars körfəzi sularında Amerikanın MQ-9 strateji pilotsuz təyyarəsi vurulub.

Vumart və Güvən reklamı Vumart Güvən