Cenevrədəki danışıqlardan sonra ruslar Budanova Moskvaya getməyi təklif edib

 18:27 04.09.2026     272

Bu ilin əvvəlində sülh danışıqlarının növbəti raundu başa çatdıqdan sonra Rusiya tərəfi gözlənilmədən Ukrayna nümayəndə heyətinə danışıqları Moskvada davam etdirməyi təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiya ilə aparılan danışıqlardan danışarkən “Mən hərbi kəşfiyyat zabitiyəm. Bütün həyatım boyu dialoq və kommunikasiyalarda olmuşam. Mənim üçün bu çətin deyil”, - deyə bildirib.

Budanov qeyd edib ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiya-Ukrayna danışıqları başlayıb. Lakin ABŞ və İsrailin İrana hücumundan sonra Vaşinqtonun diqqəti Tehrana yönəlib.

Onun sözlərinə görə, buna baxmayaraq, Rusiya ilə pərdəarxası danışıqlar davam etdirilib.

Budanov bildirib ki, danışıqlar zamanı Ukraynaya Donbasın “Sülh Palatası” tərəfindən idarə olunması təklif edilib. Eyni zamanda, Donbasda Rusiya və Ukraynanın birgə mülki administrasiyasının yaradılması ideyası da irəli sürülüb.

Ukrayna Prezident Ofisinin rəhbəri Volodimir Zelenskiyə Donbass məsələsində güzəştə getməməyi tövsiyə etdiyini vurğulayıb.

Budanovun fikrincə, Kiyev Donbassla bağlı güzəştə getsəydi, Rusiya hərbi yolla əldə edə bilmədiyini danışıqlar vasitəsilə asanlıqla qazanmış olardı.

 

Vumart və Güvən reklamı Vumart Güvən