Estoniya Ukraynaya istifadəyə yararsız sursat GÖNDƏRDİ
Estoniyanın Avropa İttifaqının vəsaiti hesabına Ukrayna üçün aldığı sursatların keyfiyyətsiz olduğu və istifadəyə yararsız vəziyyətdə aşkarlandığı bildirilir.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, Estoniya Ukrayna üçün 70 milyon avro dəyərində sursat alınmasına dair müqavilə imzalayıb. Müqavilə daha əvvəl mərmi istehsalı sahəsində təcrübəsi olmayan şirkətlə bağlanıb. Nəticədə alınan sursatların heç biri Ukrayna Silahlı Qüvvələrinə çatdırılmayıb.
Estoniya mediasının məlumatına görə, İtaliya-Hindistan şirkəti “Datasel” tərəfindən göndərilən sursat partiyası həm tam olmayıb, həm də texniki baxımdan istifadəyə yararsız olub.
Bu qalmaqal Estoniyanın müdafiə naziri Hanno Pevkurun istefasına səbəb olub. Pevkur uğursuz sövdələşməyə görə siyasi məsuliyyəti üzərinə götürüb. O, sosial şəbəkədə rəhbərin qəbul etdiyi qərarlara görə şəxsi məsuliyyət daşımadığı hallarda belə məsuliyyəti üzərinə götürmək cəsarətinə malik olmalı olduğunu bildirib.
Estoniyanın Baş naziri Kristen Mixal hökumətin təcili iclasını keçirib. Ölkənin prokurorluğu isə məsələ ilə bağlı cinayət araşdırmasına başlayıb.
NURİYYƏ













