Rusiya Aleksandr Pokladın kabinetini VURDU

 17:43 04.09.2026     230

Bu gün Rusiya pilotsuz təyyarəsi Kiyevin mərkəzində Ukrayna Təhlükəsizlik Xidmətinin binasına zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb. 

Onun sözlərinə görə, Rusiyaya məxsus təyyarə Ukrayna Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Pokladın ofisinə zərbə endirib. 

“Təəssüf ki, Rusiya pilotsuz təyyarəsi Kiyevdə, Volodymyrskaya küçəsində, Müqəddəs Sofiya Katedralının qarşısındakı mərkəzi SBU binasına zərbə endirib. Bütün təcili yardım xidmətləri hadisə yerindədir. Bütün zərərçəkənlərə lazımi yardım göstəriləcək. Pilotsuz təyyarə birbaşa bu binadakı SBU rəhbərinin ofisinə yönəldilib”, - deyə Zelenski vurğulayıb.

Bu arada, Rusiya dronları Kiyevdəki digər hədəflərə də hücum edib.

Vumart və Güvən reklamı Vumart Güvən