İran İordaniyadakı ABŞ bazalarını vurdu

 23:49 04.09.2026     251

İran İordaniyadakı ABŞ hərbi obyektlərinə ballistik raketlərlə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Agentliyin iddiasına görə, Fars körfəzi ölkələri və İordaniya İran raketləri ilə pilotsuz uçuş aparatlarının ölkə ərazisindəki hədəfləri vurmasını təkzib edir. Onlar raketlərin İordaniyanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirirlər.

Lakin İsrailin “12-ci kanalı” İrandan ABŞ mövqələrinə endirilən raket zərbələri nəticəsində İordaniyada güclü partlayış səslərinin eşidildiyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən