Putin 3 gün Kiyevə zərbələr endirməmək barədə göstəriş verib

 17:06 05.09.2026     264

Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu atəşkəs rejiminin sentyabrın 5-dən 8-dək qüvvədə olacağını təsdiqləyib.

"Rusiya Prezidenti Vladimir Putin bu gün gecə saat 12-dən başlayaraq üç gün ərzində Kiyevə zərbələr endirməmək barədə göstəriş verib", - D.Peskov qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən