Tramp və Vens Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens sentyabrın 9-10-da Texas ştatının Dallas şəhərində keçiriləcək Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə “Axios” portalı qurultayda çıxış edəcək şəxslərin ilkin siyahısına istinadən məlumat yayıb.
Məlumata görə, tədbir ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində keçiriləcək. Tramp qurultayın hər iki günündə iştirakçılar qarşısında çıxış edəcək. Vensin çıxışı isə sentyabrın 10-na planlaşdırılıb.
Qurultayda, həmçinin ABŞ maliyyə naziri Skott Bessent, ədliyyə naziri və baş prokuror Todd Blanş, səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi kiçik, Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Livitt və Prezidentin oğlu Donald Tramp kiçiyin çıxış edəcəyi bildirilir.













