“Tankerlərinizi məhv edəcəyik” - Heqset İranı HƏDƏLƏDİ

 09:10 06.09.2026     235

ABŞ-nin müharibə naziri Pit Heqset İrana xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, nazir regionda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumları davam etdirəcəyi təqdirdə, Tehranın tankerlərini məhv edib batıracaqları ilə hədələyib.

"Hər şey sadədir: İran ABŞ gəmilərinə atəş açarsa, biz onların tankerlərini məhv edəcəyik və batıracağıq. Onlardan tələb olunan yeganə şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır", - deyə o əlavə edib.

Onun sözlərinə görə, İranın tanker donanması müdafiəsiz vəziyyətdədir. Heqset bildirib ki, İranın nə hərbi dəniz, nə də hava qüvvələri var və ABŞ-nin təyyarələri, gəmiləri və sualtı qayıqları bütün İran tankerlərinə zərbələr endirmək imkanına malikdir.

Vumart və Güvən reklamı Vumart Güvən