Zelenskinin Kiyevdə Uitkoff və Kuşnerlə görüşü başladı - YENİLƏNİB
Prezident Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kiyevdə görüşü başlayıb.
Redaktor.az xəbər verir ki, Stiv Uitkoff və Cared Kuşner Kiyevə qatarla gəliblər və onları stansiyada Ukraynanın yüksəkvəzifəli rəsmiləri, o cümlədən Prezident Ofisinin rəhbəri Kirill Budanov, Zelenskinin partiyasının parlamentdəki rəhbəri David Araxamiya və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov qarşılayıblar.
Stiv Uitkoff və Cared Kuşnerlə görüşdən əvvəl Volodimir Zelenski jurnalistlərə bildirib ki, Ukrayna hava limanları da ABŞ nümayəndələrinin təyyarə ilə gəlməsi üçün hazır vəziyyətə gətirilib, lakin Rusiyanın hava zərbələri bu variantın həyata keçirilməsinə imkan verməyib.
Ukrayna Prezidentinin gün ərzində nümayəndələrlə danışıqlar aparacağı gözlənilir.
***
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukraynaya səfər ediblər.
Redaktor.az xəbər verir ki, onlar Ukraynaya qatarla gedib.
Nümayəndələri Ukraynanın danışıqlar qrupunun üzvləri – Prezident Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov və David Araxamiya qarşılayıb.













