Kuşner ABŞ-nin Ukrayna üçün "sülh paketi" üzərində işlədiyini AÇIQLADI
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin həlli üçün "sülh paketi" hazırlamaq üzərində işləyir. Amerika liderinin kürəkəni Cared Kuşner bunu Kiyevdə danışıqlardan sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Məlumata görə, Cared Kuşner ABŞ nümayəndə heyətinin əsas məqsədinin sülh şərtlərini tam formalaşdırmaq olduğunu bildirib: "Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun və mənim vəzifəm sülh paketi hazırlamaqdır".
Bildirilir ki, prosesə Vaşinqtonun ən yüksək rütbəli rəsmiləri cəlb olunub. Kuşner vurğulayıb ki, ABŞ hökumətində prezident, vitse-prezident, dövlət katibi Marko Rubio və bir çox başqaları bu sənədi bir araya gətirmək üçün fəal çalışırlar.
Qeyd edək ki, ABŞ rəsmilərinin Kiyevə səfəri və tərəflərlə keçirdikləri intensiv danışıqlar münaqişənin diplomatik yolla həllinə yönəlmiş yeni beynəlxalq təşəbbüslərin tərkib hissəsi kimi qiymətləndirilir.
Aminə ŞAHSUVARQIZI













