Afrikada uşaqları daşıyan avtobus dərəyə aşdı: 22 ölü

 21:08 06.09.2026     254

Qərbi Afrikanın Atlantik okeanı sahillərində yerləşən Kabo-Verde Respublikasında uşaqları daşıyan avtobusun dərəyə çırpılması nəticəsində əksəriyyəti məktəbli olan 22 nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Lusa" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində daha 18 sərnişin yaralanıb, onlardan dördünün vəziyyəti ağır olaraq qiymətləndirilir. Nəqliyyat vasitəsi təxminən 30 metr hündürlükdən düşüb. Məktəblilərin tədris ilinin başlanğıcını qeyd etmək üçün ənənəvi səfərə çıxdıqları qeyd olunur.

Bildirilir ki, fəlakətlə bağlı Baş nazir Fransisko Karvalyo qurbanların ailələrinə dərin başsağlığı verib.

Qeyd edək ki, baş verən faciə ilə əlaqədar Foqo adasının bələdiyyə hakimiyyəti tərəfindən iki günlük matəm elan edilib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən