ABŞ rəsmisi Moskva və Kiyevdəki danışıqları müsbət qiymətləndirdi
ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri arasında Moskva və Kiyevdə aparılan danışıqlar müsbət qiymətləndirilə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff keçirdiyi mətbuat konfransında bildirib.
Məlumata görə, Stiv Uitkoff diplomatik təmasların ilkin mərhələsini şərh edərək deyib: "Əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə gəldik. Onun mövqeyini eşitməli idik. Onunla yaxşı, məzmunlu söhbət etdik və bunu Volodimir Zelenski və komandası ilə bölüşdük".
Bildirilir ki, ABŞ rəsmisi prezidentin kürəkəni Cared Kuşnerlə birlikdə tərəfləri bir araya gətirmək, ziddiyyətli məsələlərdəki fərqləri azaltmaq və effektiv ünsiyyət kanalları qurmaq istiqamətində çalışdıqlarını diqqətə çatdırıb. O əlavə edib ki, son 48 saat ərzində bu prosesə konstruktiv şəkildə başlanılıb və yaxşı bir həll yolunun ortaya çıxacağına əminlik var.
Aminə ŞAHSUVARQIZI













