Evində meyiti tapılan aktyorun son görüntüləri ortaya çıxdı - VİDEO

 00:34 07.09.2026     278

Evdə meyiti tapılan tanınmış türkiyəli aktyor Serhat Mustafa Kılıçın son görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, sonuncu dəfə sentyabrın 1-də evdən çıxan və geri qayıdan aktyor olduqca yorğun görünüb. 

Binaya girdikdən sonra Kılıç bir müddət divara söykənərək lifti gözləyib. Lift gəlmədikdə pilləkənlərə çıxmaqda çətinlik çəkib və mənzilinə qalxıb.

Qeyd edək ki, Serhat Mustafa Kılıç evində ölü tapılıb. Hadisə yerinə gələn polis tərəfindən aparılan ilkin araşdırmalar zamanı Kılıçın gözlərinin ətrafında, qollarında və ayaqlarında qançırlar aşkar edilib və evindən bir miqdar narkotik maddə müsadirə edilib. Aktyorun ölümü "şübhəli ölüm" kimi qeydə alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən