Kuşnerdən sülh danışıqları ilə bağlı AÇIQLAMA
ABŞ-nin xüsusi sülh elçisi və Prezident Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların bərpasını təklif edib.
Redaktor.az bu haqda "CNN"ə istinadla xəbər verir.
Kuşner bildirib ki, bu format tərəflərin bir-biri ilə birbaşa əlaqə saxlamasına və məsələləri vasitəçilər olmadan müzakirə etməsinə imkan yaradır. Onun sözlərinə görə, ABŞ daha əvvəl də belə formatda danışıqlar aparıb və həmin görüşlər kifayət qədər məhsuldar olub.
Kuşner qeyd edib ki, ABŞ artıq bu təklifi həm Rusiya, həm də Ukrayna tərəfi ilə müzakirə edib. O, yaxın zamanda bu istiqamətdə irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib.
Aytəkin TOFİQQIZI













