"Avropa hələ də Rusiyadan qaz alır"

 09:56 07.09.2026     211

Avropa İttifaqı Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) almaqda davam edir, lakin tədarük həcmləri əvvəlki illərlə müqayisədə xeyli azalıb.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko “RİA Novosti”yə açıqlamasında deyib.

“Ümumi mənzərəyə gəldikdə, həqiqətən də bizim LNG Avropaya gedir”, – deyə diplomat bildirib.

Qruşkonun sözlərinə görə, əvvəllər Rusiyanın Avropa İttifaqının qaz balansındakı payı təxminən 40 faiz təşkil edib. Lakin hazırda əvvəlki göstəricilərdən söhbət gedə bilməz.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən