“Uitkoff və Kuşner Ukraynaya boşuna gəlməyiblər” - Zelenski

 10:44 07.09.2026     213

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kiyevdə keçirilən danışıqları məzmunlu və nəticəyönümlü adlandırıb.

Redaktor.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, Zelenski görüşlər zamanı gündəlikdəki bütün əsas məsələlərin ətraflı müzakirə edildiyini bildirib.

Onun sözlərinə görə, Uitkoff və Kuşnerin Kiyevə səfəri mühüm əhəmiyyət daşıyır.

“Bütün bunlar sadəcə belə deyil, biz hər şeyi müzakirə edirik”, – deyə Zelenski qeyd edib.

Ukrayna lideri ABŞ nümayəndələrinin səfərinin nəticəsiz olmadığını vurğulayıb: “Onlar boşuna gəlməyiblər”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən