Uitkoff və Kuşner Ukrayna səfərindən sonra ABŞ-yə yola düşüblər

 11:04 07.09.2026     197

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner Ukraynaya səfərindən sonra Polşanın Rzeszov hava limanından ABŞ-yə yola düşüblər.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin mənbəsinin sözlərinə görə, xüsusi uçuş saat 08:04-də (Moskva vaxtı ilə 09:04) başlayıb.

Qeyd olunur ki, amerikalı danışıqlar aparan şəxslər Rusiyaya səfərləri zamanı ilk dəfə uçuş üçün biznes təyyarəsindən deyil, xüsusi dövlət aviasiya təyyarəsi olan “Boeing C-32A”dan istifadə ediblər.

Uitkoff və Kuşner daha əvvəl Moskva və Kiyevə səfər ediblər. Trampın xüsusi nümayəndəsi danışıqları çox məzmunlu adlandırıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən