34 yaşlı qadın köpək balığı hücumundan sonra sağalmağa çalışır - VİDEO
Avstraliyada köpək balığının hücumundan sağ çıxan 34 yaşlı qadın aldığı ağır xəsarətlər və uzunmüddətli müalicəsi barədə danışıb.
Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.
Hadisə iyunun 13-də Sidneydəki Coogee çimərliyində baş verib. Leah Stewart dənizdə üzərkən böyük ağ köpək balığının hücumuna məruz qalıb. Xilasedicilər və ətrafdakı insanların köməyi ilə sudan çıxarılan qadın çoxlu qan itirib, ağır xəsarətlər alıb və qolunu itirib.
Hadisədən üç ay sonra Stewartın müalicəsi hələ də davam edir. Onun ayağında açıq yara qalıb və ikinci dəri transplantasiyasına ehtiyacı var.
Qadın yaranın sağalmasına kömək etmək üçün xüsusi vakuum cihazından istifadə edir. Cihaz yaranın kənarlarını sıxır və artıq mayenin xaric olunmasına kömək edir. Stewart cihazın bəzən narahatlıq yaratdığını, lakin sağalması üçün vacib olduğunu bildirib.
Aytəkin TOFİQQIZI













