İsrail Livanın cənubundakı yaşayış məntəqələrinə hücum etdi

 13:04 07.09.2026     204

İsrailin Livanın Ərəb-Səlim yaşayış məntəqəsinə hücumu nəticəsində iki qadın ölüb, altı nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Mayadeen” qəzetinin müxbiri Əli əl-Əhmər sentyabrın 7-də “İzvestiya”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, İsrail hərbçilərinin yaşayış məntəqəsinə endirdiyi zərbə nəticəsində ev dağılıb, iki qadın həyatını itirib, altı nəfər isə yaralanıb.

“Ərəb-Səlim qəsəbəsindəki bu evdə sübh tezdən sükut və əmin-amanlıq hökm sürürdü. Sakinlər dinc yatarkən bir neçə saniyə ərzində İsrailin qəfil hücumu evi dağıntıya çevirdi. İki qadın öldü, altı nəfər yaralandı”, - deyə müxbir bildirib.

Əli əl-Əhmər qeyd edib ki, Kafr Rummanda da oxşar hücum həyata keçirilib. Onun sözlərinə görə, hərbçilərin sənaye zonasındakı yaşayış məntəqəsinə zərbəsi nəticəsində bir neçə nəfər yaralanıb, binalara isə ciddi ziyan dəyib.

Yerli sakinlərdən biri hücum zamanı evdə olduğunu bildirib. Onun sözlərinə görə, zərbə səsini eşitməyib, yalnız partlayışı və evə nəyinsə düşdüyünü hiss edib. Qadın hücum nəticəsində yüngül xəsarətlər aldığını da qeyd edib.

Bundan əlavə, Nəbatiyyə şəhərinin Ər-Rəhbət məhəlləsinə də zərbələr endirilib. Hücum nəticəsində 1930-cu illərdə tikilmiş tarixi ev dağılıb.

Müxbirin sözlərinə görə, davam edən münaqişələr zamanı bu ərazidə 50-dən çox tarixi ev dağıdılıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən