Ukrayna Ryazan, Perm və Tatarıstanda neft emalı zavodlarını VURDU

 15:31 07.09.2026     283

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın üç bölgəsində neft emalı zavodlarına və Kursk vilayətində hücum dronlarının saxlanması və buraxılış məntəqəsinə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Əsgərlərimiz Rusiyanın Ukraynaya endirdiyi zərbələrə ədalətli cavab verməyə davam edirlər. Ryazan, Perm və Tatarıstan vilayətlərində neft emalı zavodlarına, Kursk vilayətində isə zərbə dronlarının saxlanma və buraxılış məntəqələrinə zərbələr endirilib”, - dövlət başçısı bildirib.

Volodimir Zelenski əlavə edib ki, Rusiya ordusunun Qara dənizdəki hədəfi də vurulub.

Vumart və Güvən reklamı Vumart Güvən