"Qərb Rusiya seçkilərinin ədalətliliyini şübhə altına almağa çalışır" - Lavrov

 15:41 07.09.2026     210

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Dövlət Dumasına keçiriləcək seçkilərin ədalətliliyini şübhə altına almağa çalışdığını bildirib.

Redaktor.az xəbər verir ki, Lavrov bu barədə MGIMO-da mühazirəsi zamanı danışıb.

Nazir vurğulayıb ki, Qərb seçkilərin ədalətliliyinə və xalqın iradəsinin səmimiliyinə şübhə yaratmaq üçün mümkün qədər çox bəhanə uydurmağa çalışır.

"Qərb mümkün qədər çox bəhanə uydurmağa çalışır ki, bu bəhanələrdən seçkilərin ədalətliliyini və xalqın iradəsinin səmimiliyini şübhə altına almaq üçün istifadə oluna bilsin", - deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, ölkə daxilində “hər cür personaj” daha aktivləşərək Qərbə kömək etməyə çalışır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən