Zelenski növbəti görüşlərə hazırlaşdıqlarını AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin nizamlanması ilə bağlı növbəti görüşlərin hazırlanması barədə açıqlama verib.
Redaktor.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında yazıb.
Ukrayna lideri sentyabrın 6-da Kiyevdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə keçirilən görüşün nəticələrinə dair danışıqlar qrupu ilə müşavirə apardığını bildirib.
“Hazırda ən vacib məsələ fəal və birgə şəkildə işi davam etdirməkdir. Növbəti addımları əlaqələndiririk. Növbəti görüşləri və kommunikasiyanı hazırlayırıq”, – deyə Zelenski qeyd edib.
NURİYYƏ













