General Ermənistan vətəndaşlığından imtina etdi

 18:55 07.09.2026     279

Respublika Silahlı Qüvvələrinin yaradılmasında öncülük edən SSRİ və Ermənistanın general-leytenantı Norat Ter-Qriqoryants ölkəsinin pasportundan imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "İravunk" qəzetinə verdiyi müsahibədə bildirib.

"Konsulluğa gedib Ermənistan Respublikası pasportumu qaytardım. Onlar təəccüblə məndən soruşdular: Cənab Ter-Qriqoryants, nə edirsiniz?' Mən də cavab verdim: Ermənistanda hakimiyyətə bir ovuc qalan ermənini satan və türklərin köməyi ilə onları məhv etmək istəyən insanlar gəlibsə, mən nə etməliyəm?", - deyə o qeyd edib. 

Ermənistan Silahlı Qüvvələrinin keçmiş ali baş komandanı deyib ki, o, artıq vətəndaşlıqdan məhrum edilib. Bu fonda o, respublikada yaşayan qohumları ilə vidalaşıb və bir daha vətəninə qayıtmayacağını vurğulayıb. 

Vumart və Güvən reklamı Vumart Güvən