Lavrov illər əvvəlki ifadəsinə görə peşmandır? - CAVAB

 11:00 08.09.2026     195

Rusiya xarici işlər naziri Sergey Lavrov “axmaq” ifadəsinin gündəlik həyatda geniş yayılmasından narazı olduğunu bildirib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov bu barədə jurnalist Yuliya Menşovanın apardığı onlayn layihəyə müsahibəsində danışıb.

Müsahibə zamanı aparıcı Lavrova 2015-ci ildə işlətdiyi “axmaqlar” ifadəsinə görə peşman olub-olmadığını soruşub. O, həmin ifadənin zamanla məşhurlaşdığını və bir növ əfsanəyə çevrildiyini qeyd edib.

Lavrov isə ifadəsinin populyarlaşmasından məmnun olmadığını deyib. Onun sözlərinə görə, həmin ifadə konkret vəziyyətdə yaranan hisslərin spontan şəkildə ifadəsi olub.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən