Britaniya 50 ölkəni Ukraynaya hərbi yardım üçün səfərbər edir

 13:22 08.09.2026     190

Böyük Britaniya Ukraynaya 100 milyon funt-sterlinq dəyərində hava hücumundan müdafiə avadanlıqları və “Patriot” raketləri verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında bildirilib.

“Müttəfiqlərimizi Ukrayna üçün səfərbər edəcəyimizə və mümkün olan hər yerdə dəstək verəcəyimizə söz vermişik. Bu gün Ukraynanın müdafiəsini gücləndirməklə və 50 müttəfiqlə birlikdə öhdəlikləri fürsətlərə çevirməklə bu vədi yerinə yetiririk”, - Böyük Britaniya müdafiə naziri Ues Stritinq deyib.

Qeyd olunub ki, London qarşıdakı aylarda Almaniya, Danimarka, Litva, Niderland, Norveç və İsveçin maliyyə dəstəyi ilə Ukraynaya on minlərlə uzaqmənzilli artilleriya mərmisi tədarük edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən