İslandiya Trampın paylaşımına görə ABŞ səfirini ÇAĞIRDI

 13:39 08.09.2026     183

İslandiyanın xarici işlər naziri Torgerdur Katrin Qunnarsdottir ABŞ-nin İslandiyadakı səfiri Billi Lonqu çağırıb.

Redaktor.az xəbər verir ki, buna ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında paylaşdığı xəritə səbəb olub.

İslandiya Xarici İşlər Nazirliyinin RUV-a açıqlamasında bildirilib ki, görüş zamanı Trampın paylaşımı “tamamilə yersiz” kimi qiymətləndirilib.

Qeyd edək ki, Donald Trampın paylaşdığı xəritədə İslandiya ilə yanaşı, Kuba, Kanada, Meksika, Qrenlandiya, Mərkəzi Amerika və Karib hövzəsində yerləşən bir sıra ölkələr ABŞ bayrağının rənglərində göstərilib.

Xəritədə sözügedən ərazilər ABŞ-yə birləşdirilmiş kimi təqdim edilib. Lakin Tramp paylaşımında xəritə ilə bağlı hər hansı açıqlama və ya qeyd yazmayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən