"İran ABŞ və İsraillə qarşıdurmanı davam etdirəcək" - Pezeşkian

 13:52 08.09.2026     189

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə qarşıdurmanı “təcavüzkarlar tam tövbə edənə qədər” davam etdirməyə hazır olduqlarını bildirib.

Redaktor.az xəbər verir ki, Pezeşkian bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib.

Pezeşkian yazıb ki, İran İslam Respublikası “təcavüzkarlar tam tövbə edənə qədər bu müqaviməti ikiqat güclə davam etdirəcək”.

İran Prezidenti ölkəsinin münaqişə axtarmadığını və əvvəllər hərbi qarşıdurmaya qarşı çıxdığını vurğulayıb.

Onun sözlərinə görə, Tehranın əsas prioriteti İran xalqının maraqlarının qorunması və regionda təhlükəsizliyin təmin edilməsidir.

Qeyd edək ki, daha əvvəl İranın Yaxın Şərqdəki ABŞ bazalarına hücumlarında daha inamlı olduğu və münaqişəni bir neçə ay davam etdirməyi planlaşdırdığı bildirilib. ABŞ kəşfiyyatının məlumatına görə, yaxın gələcəkdə Vaşinqtonla Tehran arasında hər hansı razılaşmanın əldə olunması çətin görünür.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən