"ABŞ hökumətinə məsləhətimiz daha çox rüsvayçılıqdan qaçmaqdır" - İran rəsmisindən ABŞ-yə ÇAĞIRIŞ
İran Parlamentinin birinci müavini Əli Nikzad ABŞ-ni Yaxın Şərqdəki hərbi mövcudluğuna son qoymağa və bölgəni tərk etməyə çağırıb.
Redaktor.az xəbər verir ki, IRNA-nın məlumatına görə, Nikzad ABŞ hökumətinə müraciət edərək daha çox “rüsvayçılıqdan qaçmağı” və Yaxın Şərq, eləcə də Fars körfəzi bölgəsini mümkün qədər tez tərk etməyi tövsiyə edib.
“ABŞ hökumətinə məsləhətimiz daha çox rüsvayçılıqdan qaçmaq və Yaxın Şərqi, həmçinin Fars körfəzi bölgəsini mümkün qədər tez tərk etməkdir”, – deyə o bildirib.
Nikzad əlavə edib ki, ABŞ hərbi gəmilərinə və hərbi obyektlərinə endirilən zərbələr İranın hərbi imkanlarının yalnız bir hissəsini nümayiş etdirir.
Onun sözlərinə görə, İranın imkanları bundan daha genişdir.
Aytəkin TOFİQQIZI













