Timsah baxıcıya hücum etdi - Parkın fəaliyyəti dayandırıldı

 14:20 08.09.2026     197

Yeni Qvineyanın Port Moresbi şəhərində yerləşən Adventure Parkda faciə baş verib. Timsah baxıcısı heyvanı yemləyərkən onun hücumuna məruz qalıb və ağır yaralanaraq həyatını itirib.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, işçi timsaha yem vermək istəyərkən heyvan onun ayağından tutaraq suya sürükləyib. Hadisə zamanı ərazidə olan insanlar işçiyə kömək etməyə çalışıblar. Təcili tibbi yardım və polis hadisə yerinə gəlib. İşçi xəstəxanaya çatdırılsa da,  aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə zamanı timsahın işçinin ayaqlarından uzun müddət yapışdığı bildirilib. Onu xilas etmək üçün polis timsahı öldürməyə məcbur olub.

Adventure Park hadisədən sonra fəaliyyətini dayandırıb. Park rəhbərliyi hadisənin səbəblərini və təhlükəsizlik qaydalarını araşdıracağını açıqlayıb.

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən