Ermənistan Rusiyadan Aİİ-yə şikayət etdi

 16:46 08.09.2026     215

Ermənistan Rusiyanın ölkə məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ) müraciət edib.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan bildirib.

Onun sözlərinə görə, İrəvan məhdudiyyətlərin Aİİ çərçivəsindəki razılaşma və prinsiplərə zidd olduğunu düşünür və onların aradan qaldırılması üçün ittifaqın mexanizmlərindən istifadə edir.

Qeyd edək ki, Rusiya may-iyun aylarında Ermənistandan gül, tərəvəz, meyvə, üzüm, kartof, quru meyvə, diri balıq və balıq məhsullarının idxalına müxtəlif məhdudiyyətlər tətbiq edib.

Vumart və Güvən reklamı Vumart Güvən