Almaniya 1945-ci ildən bəri ilk dəfə hərbi xərcləri rekord səviyyədə artırır

 18:55 08.09.2026     302

Almaniyanın 2027-ci il federal büdcə layihəsində 1945-ci ildən bəri ilk dəfə ölkənin ən böyük hərbi xərcləri nəzərdə tutulub.

Redaktor.az xəbər verir ki, bunu “Sara Vaqenknext İttifaqı - Ağıl və Ədalət Naminə” partiyasının sədri Sara Vaqenknext deyib.

Siyasətçinin sözlərinə görə, Almaniya hökuməti ordunun yenidən silahlandırılmasını yeni borclar hesabına həyata keçirir. Layihəyə əsasən, müdafiə xərcləri 2026-cı ildəki 82,2 milyard avrodan 2027-ci ildə 109,7 milyard avroya çatdırılmalıdır, bu da təxminən 27,5 milyard avro artım deməkdir. Ukraynaya dəstək üçün daha 11,6 milyard avronun ayrılması nəzərdə tutulur.

Almaniya hökuməti büdcə layihəsini iyul ayında təsdiqləyib, sentyabrın 8-də isə Bundestaq onun ilk oxunuşda müzakirəsinə başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən