Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq EDƏCƏK
Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək.
Redaktor.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər nazirinin müavini Stiven Dauti bildirib.
Onun sözlərinə görə, London İranın metallurgiya, enerji, bank və gəmiçilik sektorlarına qarşı sektoral məhdudiyyətlər tətbiq edəcək.
“İxrac qadağaları nüvə proqramına töhfə verən əsas sahələr üçün əhəmiyyətli olan yeni məhsul, texnologiya və xidmətlərə şamil ediləcək”, - deyə Dauti bildirib.
Qadağaların İranın enerji, metallurgiya, gəmiçilik və bank sektorlarını da əhatə edəcəyi qeyd olunub. Bundan əlavə, London Tehranın hərbi potensialının inkişafına kömək edən məhsul və texnologiyaların ixracını da qadağan edəcək.
NURİYYƏ













