Şahbaz Şərif Ərəbistana hücuma etiraz etdi

 18:27 08.09.2026     308

Pakistanın Baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanının mülki və enerji obyektlərinə hücumları qınayıb.

Redaktor.az xəbər verir ki, Pakistanın baş diplomatı bu barədə X-də yazıb.

“Pakistan Səudiyyə Ərəbistanının yanında möhkəm dayanır. Bu cür hücumlar regional sülh və təhlükəsizliyi təhdid edir”, - Şahbaz Şərif vurğulayıb.

Xatırladaq ki, sentyabrın 8-də husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə hücumu nəticəsində 73 mülki insan yaralanıb. Hücum Abha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən