ABŞ Maliyyə naziri Ukraynanı Almaniya ilə müqayisə ETDİ
ABŞ Maliyyə naziri Skott Bessent Ukraynanın müharibədən sonra dünya birliyinə qayıtmasını İkinci Dünya Müharibəsində məğlub olan Almaniyanın sonrakı taleyi ilə müqayisə edib.
Redaktor.az xəbər verir ki, Bessent “Breitbart”a müsahibəsində Ukraynanın da Almaniya kimi müəyyən mərhələlərdən keçərək beynəlxalq birliyə yenidən inteqrasiya ola biləcəyini bildirib.
“Almaniya İkinci Dünya Müharibəsindən sonra qlobal birliyə necə qayıda bildi? Müəyyən bir yol var. Ukrayna üçün də bir yol var”, - deyə ABŞ rəsmisi vurğulayıb.
Onun bu açıqlaması Ukraynanın müharibədən sonrakı siyasi və iqtisadi gələcəyi ilə bağlı ABŞ administrasiyasının yanaşmasına dair müzakirələri yenidən gündəmə gətirib.
Aytəkin TOFİQQIZI













