Zaxarovadan Merzə sərt ittiham: “Hərbi-sənaye kompleksinin köləsidir”

 10:30 09.09.2026     182

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya kansleri Fridrix Merzi hərbi-sənaye kompleksinin maraqlarına xidmət etməkdə ittiham edib.

Redaktor.az xəbər verir ki, Zaxarova bu barədə "Sputnik" radiosuna açıqlamasında danışıb.

Onun sözlərinə görə, Merz Almaniyanın hərbi-sənaye kompleksinə sadəcə dəstək vermir, onun maraqlarına xidmət edir.

“Merz hərbi-sənaye kompleksinin köləsidir. Nəticə etibarilə, Merzin öz payını alması üçün daha çox pula və daha çox sifarişə ehtiyac var”, - deyə Zaxarova bildirib.

Rusiya XİN sözçüsünün açıqlaması Almaniyanın müdafiə sənayesinə yönəltdiyi siyasət fonunda səslənib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən